[b]Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi[/b]
18.12.2015 - 16:08
[b]Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi[/b]

2016-cı ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 3-12-də baş tutacaq turnirdə iştirak edəcək 14 komanda 3 qrupda mübarizə aparacaq. İki qrupda 5, birində 4 komanda yarışacaq.

 

1998-ci il təvəllüdlü futbolçulardan ibarət yığmaların mübarizə aparacağı turnirdə Azərbaycan millisi ilk oyununu Latviyaya qarşı keçirəcək. İki gündən bir meydana çıxacaq komandamız yer aldığı C qrupunda daha sonra müvafiq olaraq Bolqarıstan və Sloveniya ilə münasibətlərini ayırd edəcək.

 

Yanvarın 9-da keçiriləcək qarşılaşmalarla turnirin qrup mərhələsinə yekun vurulacaq. Ayın 11-də “pley-off”, ertəsi gün isə həlledici görüşlər keçiriləcək.

 

4 yanvar

13:00 Sloveniya – Bolqarıstan
15:15 Azərbaycan - Latviya
 

6 yanvar

15:15 Latviya - Sloveniya
17:30 Azərbaycan – Bolqarıstan
 

8 yanvar

17:30 Bolqarıstan - Latviya
20:00 Sloveniya – Azərbaycan

 

11 yanvar

11:00 13-14-cü yerlər uğrunda
13:15 11-12-ci yerlər uğrunda
15:30 9-10-cu yerlər uğrunda
18:00 Yarımfinal
20:30 Yarımfinal

 

12 yanvar

13:00 7-8-ci yerlər uğrunda
15:15 5-6-cı yerlər uğrunda
17:30 3-4-cü yerlər uğrunda
20:00 Final