[b]Yoahim Löv yubileyi başqa bir yubileylə qeyd etdi[/b]
26.06.2017 - 01:09
[b]Yoahim Löv yubileyi başqa bir yubileylə qeyd etdi[/b]

Konfederasiyalar Kubokunun B qrupunun son matçında Almaniya Kamerunu məğlub edib. Apasport.az saytının məlumatına görə, bu qələbə bundestimin baş məşqçisi Yoahim Löv üçün xüsusi əlamətdar olub.

 

Belə ki, təcrübəli mütəxəssis komandasının başında 150-ci matçına çıxıb. Maraqlıdır ki, Löv yubiley oyununu yubiley – 100-cü qələbə ilə qeyd edib.

 

Qeyd edək ki, 11 ildir Almaniya yığmasını çalışdıran məşqçi bu müddətdə AVRO-2008-də gümüş, AVRO-2012, AVRO-2016, DÇ-2010-da bürünc və DÇ-2014-də qızıl medal qazanıb.

0