[b]Yunanıstan futbolu ŞOKda: Danışılmış oyunlar[/b]
08.11.2017 - 23:03
[b]Yunanıstan futbolu ŞOKda: Danışılmış oyunlar[/b]

Yunanıstanda danışılmış oyunlarla bağlı təhqiqat davam edir. Apasport.az saytının məlumatına görə, aralarında iş adamları, klub rəhbərləri, hakim, federasiya işçisi də yer almış bir çox şəxs məhkəmə önünə çıxacaq.

 

Danışılmış oyunlarda 3 klub prezidenti şübhəli bilinir. Yunanıstan nəhəngi “Olimpiakos”un prezidenti Vangelis Marinakis, “Levadiakos” klubunun sahibi Yiannis Kobotis, həmçinin, “Atromitos” klubunun prezidenti Giorgos Spanosun qarşısına noyabrın 23-nə kimi klubdakı işlərinə son qoymaları tələbi qoyulub.

 

Bundan əlavə, “Olimpiakos” prezidenti Marinakis oyunlarn nəticəsini dəyişmək üçün cinayətkar dəstə qurmaqda ittiham olunur.

0