[b]Yunis Hüseynovun debüt vaxtı bəlli oldu[/b]
22.11.2017 - 13:57
[b]Yunis Hüseynovun  debüt vaxtı bəlli oldu[/b]

Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu keçiriləcək tur iki gün davam edəcək.

 

Yunis Hüseynovun Gəncə klubundakı debütü ilə əlamətdar olacaq “Kəpəz” – “Qəbələ” matçı ilə tura start veriləcək. Noyabrın 25-dəki matç saat 14:30-da başlayacaq.

 

Tura liderlər “Qarabağ”la “Zirə” arasında qarşılaşma ilə yekun vurulacaq. Zirədəki matç noyabrın 26-da saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, turun bütün matçları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 
 

Azərbaycan Premyer Liqası

XIIl tur
25 noyabr (şənbə)


14:30. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Keşlə”
8-ci km qəsəbə stadionu


26 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Səbail”
Sumqayıt şəhər stadionu


18:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

0