“Dünya çempionatında çox çətin qrupa düşmüşük”. Apasport.az saytının xəbərinə görə, bunu ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann deyib.
Almaniyalı mütəxəssis bildirib ki, mundiala daha yaxşı hazırlaşmaqda yoldaşlıq görüşlərinin böyük rolu olacaq: “Mundiala daha yaxşı hazırlaşmağımızda keçirəcəyimiz yoldaşlıq görüşlərinin də rolu böyük olacaq. Çünki bundan sonra mən iştirak ərizəsini FİFA-ya təqdim edəcəm. Əvvəlcə, Azərbaycan, sonra Türkiyə və Nigeriya ilə oynayacağıq. Bu 3 komandanın hər birini məğlub etmək lazımdır. Çünki həmin qələbələr komandanı mundiala daha yaxşı kökləyəcək və mən heyəti daha rahat müəyyənləşdirəcəm”.
Xatırladaq ki, ABŞ-Azərbaycan matçı mayın 28-də keçiriləcək.