[b]Zeynal Məmmədov: Hansı nəticələrdən razı olmalıyam? [/b]
02.05.2014 - 23:01
[b]Zeynal Məmmədov: Hansı nəticələrdən razı olmalıyam? [/b]

“Hansı nəticələrdən razı olmalıyam? Nəticə var ki?” Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq vitse-prezidenti Zeynal Məmmədov deyib.

 

Topaz Premyer Liqasının XXXIII turunun “Qarabağ”la oyununu izləyən Məmmədov qarşılaşmadan sonra əməkdaşımıza bildirib ki, onun “Bakı” ilə heç bir bağlılığı yoxdur. Məmmədov yenidən əvvəlki kimi baş menecer vəzifəsini tutması ilə bağlı iddiaları da əsasız sayıb: “Mən bu klubda baş menecer deyiləm. Bunu mətbuatda kim yazıbsa, səhv yazıb”.

 

Qeyd edək ki, Zeynal Məmmədov klubun prezidenti Hafiz Məmmədovun qardaşıdır.