“Qarabağ”ın çıxış etdiyi Avropa Liqasının F qrupu hücumçuların “dişsiz”liyi ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, I dövrənin oyunlarından sonra ən az qol vurulan məhz bu qrupdu.
Burada baş tutan 6 görüşdə cəmi 4 qol qeydə alınıb. Hərçənd, digər qrupların hamısında 4 və daha çox qol vuran ən azı 1 komanda var.
Təmsilçimizin qrupunda isə qol vurmayan 2 klub qalıb – “Dnepr” və “Sent-Etyen”. Ümumilikdə, 5 belə komanda var. Heç bir başqa qrupda bu uğursuzlardan ikisi yer almayıb.
“Sent-Etyen” isə oyunlarında qol vurulmayan yeganə komandadı. Fransalıların hər 3 matçı qolsuz başa çatıb.
Avropa Liqası: Qollar qruplar üzrə
A – 23
B – 10
C – 16
D – 23
E – 12
F – 4
G – 15
H – 17
İ – 20
J – 20
K – 16
L – 9