"İnter" - "Elfsborq" oyunlarının vaxtı açıqlandı
12.07.2014 - 09:00
"İnter" - "Elfsborq" oyunlarının vaxtı açıqlandı

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inin keçirəcəyi oyunların vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin İsveçin "Elfsborq" klubu ilə hər iki görüşün başlama vaxtları dəqiqləşib.

 

İlk matç iyulun 17-də İsveçdə "Boras Arena"da baş tutacaq və bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra komandalar "Şəfa" stadionunda üz-üzə gələcək. Həmin oyun da saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, turnirin I təsnifat mərhələsində "İnter" Moldovanın "Tiraspol" komandasını hər iki oyunda məğlub edib – 3:2, 3:1.