Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” və “Qəbələ” sifariş ərizələrini AFFA və UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, “İnter” 20, “Qəbələ” isə 16 futbolçunu sifariş edib.
Maraqlısı isə budur ki, Aleksandr İaşvili və Vaqif Cavadovun komandadan ayrılmasından sonra “İnter” cəmi 1 hücumçunun ümidinə qalıb. Bu, baş məşqçi Kaxaber Sxadadzenin oğlu Baçanadır. “Bankirlər” yeni transferləri Elvin Məmmədov, Aleksandr Amisulaşvili, Məhəmməd Mirzəbəyov və Mirzağa Hüseynpuru sifariş ərizəsinə daxil edib.
Qapıçılar: Səlahət Ağayev, Georgi Lomaya, Elşən Poladov
Müdafiəçilər: İvan Benites, Aleksandr Amisulaşvili, Yoan Bokonyano, Arif Daşdəmirov, Laşa Salukvadze, Matiya Şpiçiç, Məhəmməd Mirzəbəyov
Yarımmüdafiəçilər: Abdulla Abatsiyev, İlqar Ələkbərov, Mikel Alvaro, Slavço Georgiyevski, Mirzağa Hüseynpur, Dieqo Madriqal, Asif Məmmədov, Elvin Məmmədov, David Mesa Colli
Hücumçu: Baçana Sxadadze.
“Qəbələ”ni mövsüm bitdikdən sonra təxminən 15 futbolçu tərk etdiyindən, komanda heyətini hələ tam gücləndirə bilməyib. Bu üzdən bölgə təmsilçisi cəmi 4 yeni futbolçusunu – rumınlar Andrey Kristya, Andrian Ropotan, Ruslan Əmircanov və “Rubin”dən 6 aylıq icarəyə götürülən Ruslan Abışovu sifariş edib. Eləcə də Yuri Syominin vaxtında əsas komandada olmayan, ancaq müqavilə ilə “Qəbələ”yə məxsus olan rumıniyalı Kristian Pulhak Dorinel Muntyanunun gəlişi ilə Avroliqada oynamaq imkanı qazanıb.
Qapıçılar: Kamran Ağayev, Anar Nəzirov
Müdafiəçilər: Ürfan Abbasov, Elnur Allahverdiyev, Ruslan Əmircanov, Rafael Santos, Vladimir Levin, Kristian Pulhak, Ruslan Tağızadə, Müşfiq Teymurov
Yarımmüdafiəçilər: Ruslan Abışov, Nizami Hacıyev, Dodo, Adrian Ropotan
Hücumçular: Andrey Kristya, Viktor Mendi.