UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də, saat 21:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valetta" (Malta) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın baş hakimi Aleksander Harkam olacaq. Baş hakimin köməkçiləri Andreas Uitşniq və Andreas Staudinger, dördüncü hakim isə Rene Eysnerdi.
UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor Levan Paniashvili (Gürcüstan) təyin olunub.
Maraq üçün qeyd edək ki, "Qarabağ" - "Valetta" cütünün qalibini üçüncü təsnifat mərhələsində məhz bu hakimlərin həmyerliləri - Avstriya "Zalsburq"u gözləyir.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ