"Qarabağ"ın oyunu yayımlanmayacaq
03.02.2015 - 15:12
"Qarabağ"ın oyunu yayımlanmayacaq

Topaz Premyer Liqasında XX turun təqvimi ilə yanaşı, hansı oyunların canlı yayımlanacağı da bəlli olub. Apasport.az saytının məlumatına görə, fevralın 6-da və 7-də baş tutacaq 4 qarşılaşmadan yalnız 2-si televiziya vasitəsilə canlı yayımlanacaq.

 

Cümə günü keçiriləcək turun ilk iki qarşılaşması “İdman Azərbaycan” kanalının təqviminə salınıb. Belə ki, həmin gün saat 14:00-dan “Qəbələ” – AZAL, 16:00-dan etibarən isə “Neftçi” – “Simurq” görüşü azarkeşlərə canlı yayımla təqdim ediləcək. Şənbə günü baş tutacaq “Xəzər Lənkəran” – “İnter” qarşılaşmasını isə Lənkəran klubunun rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq.

 

Qeyd edək ki, son çempion və hazırkı lider “Qarabağ”ın fevralın 7-də “Bakı” ilə keçirəcəyi ev matçının yayımı nəzərdə tutulmayıb.