"Xəzər Lənkəran"da 5 yeni imza
04.08.2014 - 16:07
"Xəzər Lənkəran"da 5 yeni imza

Bu gün "Xəzər Lənkəran" akademiyasının bir neçə yetirməsi doğma klubu ilə karyerasının ilk peşəkar müqaviləsini bağladı. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, öz yaş qruplarında komandanın liderləri olan və mütəmadi olaraq milli komandalara dəvət alan yeniyetmələr artıq növbəti mövsümdən əvəzedici komandanın da iştirak ərizəsinə salınacaqlar.

 

Futbol həyatının yeni mərhələsinə qədəm qoyan futbolçular - Nurlan Fərəcli (04.09.2000-ci il), Yusif Həsənov (30.11.1999-cu il), İbrahim Qədirzadə (21.03.1999-cu il), Şamxal Sadıqov (01.03.1999-cu il) və Sübhan Məmmədli (03.04.2000-ci il) “Xəzər Lənkəran” Gənclər İnkişaf Proqramının rəhbəri İlhan Akgül və əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədovun iştirakı ilə sözləşmələrə imza atdılar.

 

Qeyd edək ki, daha bir futbolçu - Xəqani Sadıqov (10.04.2000-ci il) - U-15 milli komandasının toplanışında olduğu üçün onunla müqavilə futbolçu komandanın düşərgəsinə döndükdən sonra bağlanacaq.