"Xəzər Lənkəran"ın baş məşqçisi rəsmən açıqlandı
05.06.2014 - 16:27
"Xəzər Lənkəran"ın baş məşqçisi rəsmən açıqlandı

"Xəzər Lənkəran"ın baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, bu posta Oğuz Çətin təyin edilib.  O, 1 il "ağ-yaşıllar"ın sükanı arxasında  olacaq.

 

Ötən ilin dekabrından etibarən həmyerlisi Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan türkiyəli mütəxəssis çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.

 

"Fənərbaxça", "Ərciyəsspor", "Gənclərbirliyi" və "Diyarbakirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb.

 

"Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.