"Yenə də əvvəl gördüyümüz işi görürük"
14.02.2015 - 14:45
"Yenə də əvvəl gördüyümüz işi görürük"

“Barselona”nın təcrübəli yarımmüdafiəçisi Andres İnyesta komandasının cari mövsümdəki çıxışı haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, o, baş məşqçi Luis Enrike haqda müsbət fikirlər səsləndirib.

 

İnyesta Kataloniya klubunun oyun stilinin dəyişmədiyini bildirib: “İnsanların “Barselona”nı kənardan necə gördüklərini bilmirəm. Biz meydana çıxanda sadə futbol oynamağa çalışırıq. Bəlkə də, Luis Enrikenin gəlişindən sonra oyun stilimizdə müəyyən fərq var. Ancaq yenə də əvvəl gördüyümüz işi görürük. Məşqlərdə var gücümüzlə çalışırıq ki, oyunlarda da bütün bacarığımızı ortaya qoyaq”.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan İnyesta 2002-ci ildən əsas komandada çıxış edir.