Abdulla Abatsiyev: İtaliyanı məğlub edə bilərik
04.03.2014 - 19:21
Abdulla Abatsiyev: İtaliyanı məğlub edə bilərik

“Sabah layiqli oyun nümayiş etdirmək lazımdır. Axı, bu, ilin ilk matçıdır. Komandanın nəyə qadir olduğuna baxmaq lazımdır”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Abdulla Abatsiyev deyib.

“İnter”in gənc futbolçusu sabah əsas millimizdə debüt edə bilər. Böyük ehtimalla, Abatsiyev sabah Filippinlə yoldaşlıq matçında forma geyinəcək. O, oyundan əvvəl təşkil edilən mətbuat konfransında komandamızın AVRO-2016-nın seçmə mərhələsində şansını da dəyərləndirib: “Seçmə mərhələyə gəlincə, İtaliya və Xorvatiya qrupun aşkar favoritləridir. Ancaq onlara qarşı oynamaq olar. Qrupda 3-cü yeri tutmaq barədə düşünməliyik. Rusiya İtaliyanı məğlub edirsə, bunu biz də edə bilərik. Dünya çempionatında İtaliyanın qalib gəlmək şansı azdır. Mundialda Almaniya və ya Braziliya qalib gələcək”.

0