Abramoviç İspaniya klubunu almaq istəyir
08.06.2014 - 21:43
Abramoviç İspaniya klubunu almaq istəyir

 

Rusiyalı milyarder, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç daha bir klub ala bilər. Apasport.az saytının məlumatına görə, iş adamı İspaniyanın “Malyorka” klubuna göz dikib.

 

“Mundo Deportivo”nun yazdığına görə, biznesmenin nəzarətində olan şirkətlərdən biri “Malyorka”nın səhmlərinin 55 faizini almaqla bağlı danışıqlar aparır. Danışıqlar prosesində idmandan ayrılaraq bizneslə məşğul olmağa hazırlaşan yəhudi qapıçı David Dudu Avat da iştirak edir.

 

Əgər razılaşma baş tutsa, bu, Abramoviçin sahibi olduğu ikinci klub olacaq. Xatırladaq ki, rusiyalı milyarder “Çelsi”ni 2003-cü ildə alıb.

 

“Malyorka” ötən mövsüm İspaniyanın ikinci dvizionunda 17-ci yeri tutub. Komandanın ümumi qiymətinin 21,5 milyard avro olduğu bildirilir.