ABŞ – Azərbaycan matçının hakimləri açıqlandı
07.05.2014 - 10:14
ABŞ – Azərbaycan oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 27-də keçiriləcək matçı kosta-rikalı referi idarə edəcək.
Belə ki, San-Fransisko şəhərindəki "Kandlestik Park" stadionundakı qarşılaşmaya komandaları Henri Bejarano çıxaracaq. Bu matç yerli vaxtla 19:00-da, Bakı vaxtı ilə mayın 28-də saat 07:00-da başlayacaq.
27 may
19:00. ABŞ – Azərbaycan
Baş hakim: Henri Bejarano (Kosta Rika)
Baş hakimin köməkçiləri: Uorner Castro, Karlos Fernandez (hər ikisi - Kosta Rika)
Dördüncü hakim: Armando Jastro (Honduras)
San-Fransisko. "Kandlestik Park" stadionu
0
0