ABŞ millisinin sabiq hücumçusu: Klinsman Azərbaycanla oyuna kimi gözləyə bilər
27.03.2014 - 19:07
ABŞ millisinin sabiq hücumçusu: Klinsman Azərbaycanla oyuna kimi gözləyə bilər

“Mən zamin dura bilərəm ki, ABŞ çempionatında oynayan futbolçular Ukrayna ilə matçı izləyəndə onlar vurnuxurdu. Ona görə ki, oyuna baxanda kiçik əlavə hisslər formalaşır ki, qapı sanki bir az açıq qalıb və bu, son oyundur”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ millisinin sabiq hücumçusu Teylor Tvellmen deyib.

2010-cu ildə futbolçu karyerasını bitirən, “Münxen 1860”ın II komandasının üzvü olmuş Tvellmen hazırda ESPN telekanalında idman analitiki işləyir. O, apreldə ABŞ-ın Meksika ilə yoldaşlıq oyunundan sonra dünya çempionatına yollanacaq futbolçuların müəyyənləşdirilməsinin əleyhinədir.

Onun sözlərinə görə, Yürgen Klinsman bunu bizim vaxtla mayın 28-dəki yığmamızla yoldaşlıq matçından sonra da açıqlaya bilər: “Texniki cəhətdən bu son oyun deyil. Yürgen Azərbaycanla oyuna kimi və Türkiyə ilə matçdan sonra da gözləyə bilər. Beləliklə, texniki olaraq son oyunumuz deyil. Ancaq beynimizə mayın 12-si və ya mayın 14-ü artıq 30 nəfər oyunçunu müəyyənləşdirməyi qoymuşuq”.

Qeyd edək ki, Türkiyə ilə oyundan sonra bu “30-luq”dan Braziliyada keçiriləcək mundialın iştirakçısı olacaq 23 futbolçu seçilməlidir.