Azərbaycan millisinin yoxlama oyunundakı rəqibi ABŞ yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimali amerikalılar Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıqlara mayın 14-də start verəcək. İlk məşqin də həmin gün keçirilməsi planlaşdırılır.
ABŞ yığmasının almaniyalı baş məşqçisi Yurgen Klinsmann mundial üçün ilki heyəti bundan 2 gün əvvəl açıqlayacaq. Mayın 12-də müəyyənləşdiriləcək heyətdə 26-28 oyunçu yer almalıdır. Braziliyaya isə onlardan yalnız 23-ü aparılacaq.
Qeyd edək ki, amerikalılar final mərhələsinə hazırlıq məqsədilə ilk yoxlama oyununu mayın 27-də San-Fransiskoda Azərbaycan yığmasına qarşı keçirəcək. Bu isə o deməkdir ki, rəqibimiz millimizlə oyuna 13 gün hazırlaşa biləcək.