Adi Hütter: İndi növbə onlarındır
05.08.2014 - 16:50
Adi Hütter: İndi növbə onlarındır

“Mərhələ keçmək şanslarımız öz əlimizdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.

 

Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu ərəfəsində matç haqda fikirlərini açıqlayıb. Hütter Bakıda 1:2 hesabı ilə uduzduqları Azərbaycan çempionunu məğlub etmək iqtidarında olduqlarını düşünür.

 

O bildirib ki, hər şeyə Zalsburqdakı matç aydınlıq gətirəcək: “Cütün qalibinə cavab oyunu aydınlıq gətirəcək. Rəqiblə müqayisədə bizim qarşımızda daha çətin vəzifə duru. Çünki bizi yalnız qələbə qane edir. Bu isə heç də asan olmayacaq. “Qarabağ” da yaxşı komandadır. Amma çalışacağıq ki, onları mübarizədən kənarlaşdıraq”.

 

Hütter hər iki komandanın heyətində itkilərin olmasına da toxunub: “Həm biz, həm də “Qarabağ”ın heyətində bəzi futbolçular bu qarşılaşmada iştirak edə bilməyəcək. Yetirmələrim zədəli və cəzalı komanda yoldaşlarının yoxluğunu hiss etdirməməyə çalışacaq”.

 

Baş məşqçi azarkeş amilinin də rolunu qeyd edib: “Bakıda tribunaları dolduran azarkeşlərin komandalarını necə dəstəklədiyini gördük. İndi növbə bizim azarkeşlərindir. Çox istəyərdik ki, biz də belə auditoriyanın dəstəyi ilə meydana çıxaq”.