Topaz Premyer Liqasının XXXI turunda AZAL-la oyunda zədəsini yeniləyən “Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pitin vəziyyətinə aydınlıq gəlib. Apasport.az xəbər verir ki, dünən Bakıya gələn futbolçu müayinə olunub.
Müayinənin nəticələrinə əsasən məlum olub ki, rumıniyalının zədəsi heç də ciddi deyil. Pit apasport.az saytına açıqlamasında durumundan danışıb: “Əzələmdə problem var. AZAL-la oyunda meydana çıxdım, amma yenə əzələmdə ağrılar hiss etdim. Müayinə olundum və ciddi bir şey yoxdur. Lakin zədəmin nə vaxt tam sağalacağı da bilinmir. İnanıram ki, bu mövsüm heç olmasa son oyunlarda meydana çıxa biləcəm”.
Qeyd edək ki, 2011-ci ildən “Xəzər Lənkəran”da çıxış edən Pit uzun müddətdir zədədən əziyyət çəkir.