“Dorinel Muntyanunun gedişindən sonra komandada çox dəyişikliklər baş verib. “Qəbələ”yə yeni baş məşqçi və futbolçular gətirilib”. Apasport.az saytının məlumatına görə, bu sözlər rumıniyalı futbolçu Adrian Ropotana məxsusdu.
“Qırmızı-qaralar”la yolları ayrılacağı gündəmdə olan yarımmüdafiəçi ölkəsinin mətbuatına danışıb. Uzun müddətdi ölkə xaricində oynayan Ropotan legioner həyatı yaşamağın çətinliyindən bəhs edib: “Təbii ki, doğma ölkəndən kənarda yaşamaq asan deyil. Ancaq evdə oturub, gələcəyini qura bilməməkdənsə, kənarda yaşayıb, istəyinə çatmaq daha yaxşıdı. Bu zaman həyatını daha yaxşı qurmaq imkanı qazanırsan”.
Qeyd edək ki, karyerasının ilk illərini Buxarest “Dinamo”sunda keçirən Ropotan 2009-cu ildən legioner həyatı yaşayır. O, “Qəbələ”dən öncə “Dinamo” (Moskva), “Tom” və “Volqa” klublarının formasını geyinib.