Adriano Folya: Bu amil də penaltilər seriyasında özünü göstərdi
25.04.2014 - 08:38
Adriano Folya: Bu amil də penaltilər seriyasında özünü göstərdi

“Dünyanın ən yaxşı komandası olan “Barselona”ya qarşı möhtəşəm oynadıq. Düşünürəm ki, oyunla bağlı planlarımız əla idi. Sadəcə penaltilərdə dəqiq olmamağımız finala yolumuzu bağladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun futzalçısı Adrina Folya deyib.

 

Azərbaycan çempionunun legioneri UEFA kubokunun İspaniya “Barselona”sı ilə yarımfinal oyunu haqda fikirlərini açıqlayıb: “Komanda yoldaşlarım və bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Meydanda bacardığımız hər şeyi etdik. İndi bu məğlubiyyəti unutmalıyıq. Olan oldu, artıq 3-cü yer uğrunda matçı düşünməliyik. Rəqibin qapıçısı da çox güclü idi. Həm də 50 dəqiqəlik oyundan sonra çox yorulmuşduq. Bu amil də penaltilər seriyasında özünü göstərdi. Doğma azarkeşlər önündə 3-cü yer uğrunda matçda qalib gəlməliyik”.

 

Qeyd edək ki, 4:4 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında “Barselona” 4:2 hesabı ilə qai gəlib.