UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev 19 yaşadək futbolçulardan ibarət Azərbaycan, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna yığmalarının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, o, adıçəkilən komandaların üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib.
Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdi.
Qeyd edək ki, hazırda Bakıda AVRO-2016-nın seçmə mərhələsinin V qrupunun oyunları keçirilir. Bu qrupda yığmamızla yanaşı, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna milliləri yarışır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI