AFFA-dan “Rəvən”ın məşqçisinə 5 oyunluq cəza
25.03.2014 - 12:38
AFFA-dan “Rəvən”ın məşqçisinə 5 oyunluq cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənləri də müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb.

 

“Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində qonaqların məşqçisi Gündüz Hindalın hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırılması cəzasız qalmayıb. Türkiyəli mütəxəssis 5 oyunluq diskvalifikasiya olunmaqla yanaşı, klubunu 5000 manat ziyana salıb.

 

“Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubunun 4  futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün cənub təmsilçisi 1000 manat, I dəstə komandası 100 manat cərimə olunub.

 

“Qarabağ” – “Qəbələ” matçında da qonaqların 4  futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bunun üçün "Qəbələ" 1000 manat cərimə ödəyəcək.  

 

“Neftçi” – “İnter” matçında isə ev sahiblərinin 4  futbolçusu sarı vərəqə aldığından klub 1000 manat cərimə olunub.