AFFA-nın baş katibi UEFA-nın konqresində
27.03.2014 - 10:42
AFFA-nın baş katibi UEFA-nın konqresində

Bu gün UEFA-nın XXXVIII növbəti konqresi başlayıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada keçirilən tədbirdə Azərbaycanı AFFA rəsmiləri təmsil edir.

 

Bu məqsədlə assosiasiyanın iki nümayəndəsi bu konqresə yollanıb. AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin Reklamlar və Marketinq Departamentinin rəisi Cavid Qarayev konqresdə iştirak edir.

 

Mənbə: affa.az

0