[b]AFFA 4 klubu cəzalandırdı[/b]
18.08.2015 - 11:51
[b]AFFA 4 klubu cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan yığıncaqda Topaz  Premyer Liqasının II turunda qeydə alınan xoşagəlməz hadisələr müzakirə olunub. Nəticədə 4 klub – “Neftçi”, “İnter”, “Sumqayıt” və “Zirə” cəzalanıb.

 

“İnter”lə matçın 16-cı dəqiqəsində qırmızı vərəqə alan Xuan Alberto Alvarado sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. O, “Neftçi”ni 200 manat ziyana salıb.

 

Bu qarşılaşmanın 80-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “İnter”in oyunçusu İlkin Qırtımovun da cəzası eyni olub.

 

“Xəzər Lənkəran” la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt”ın 1000 manat cərimə olunub.

 

“Kəpəz”lə qarşılaşmada 4 futbolçusu xəbərdarlıq alan “Zirə” də eyni məbləğ ödəyəcək.