AFFA hazırda bir neçə klubla əməkdaşlıq planları qurur. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Ancaq “Ayaks” və “Barselona” ilə anlaşmaq mümkün olmayıb. Belə ki, Hollandiya klubunun Bakıda akademiya açması maddi cəhətdən AFFA-nı razı salmayıb. Məlum olub ki, İspaniya klubu da hər hansı bir ölkədə akademiya açmır. “Barselona”nın yalnız digər ölkələrdə 2 həftəlik yay seçimləri olur ki, burda bəyənilənlər Kataloniyaya aparılır.
Bu üzdən AFFA digər klublarla əməkdaşlıq planları üzərində çalışmağa başlayıb. Bunların arasında “Sportinq” və “Portu” klubları var.
AFFA “Ayaks” və “Barselona” ilə anlaşa bilmədi
22.04.2014 - 11:54
0
0