AFFA “Yenisey”in futbolçusuna dəvət göndərdi
04.07.2014 - 15:30
AFFA “Yenisey”in futbolçusuna dəvət göndərdi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Qəbələdə təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, iyulun 15-də başlayacaq hazırlıqlar ayın 23-dək davam edəcək.

 

Toplanışda 17 futbolçu iştirak edəcək. Onlardan 5-i Almaniya, 1-i Rusiya klubundan çağırılıb: Alina Mixaelis (“Ayntraxt”, Almaniya), Hatice Özdemir, Dilge Uyğun, Gizem Yağmur Tenekeci (hamısı “Frankfurt”, Almaniya), Günay İsmayılova (“Fidan”), Çağla Miray Kanpara (“Lubars”, Almaniya), Nərmin Rəhmanova, Ayşən Əhmədova, Roza Quliyeva, Sanay Fətullayeva, Firəngiz Teymurova (hamısı “Səbayil”), Gültac Məmmədəliyeva (“Sumqayıt”), Vüsalə Hacıyeva (“Tovuz”), Diana Mamedova (“Yenisey”, Rusiya), Manə Mollayeva, Kristina Bakarandze, Ana Romanchuki (hamısı “Zaqatala”).

 

Mənbə: affa.az