[b]AFFA futbolçuların məvacibinə limit qoyur[/b] - FOTO
20.02.2015 - 13:15
[b]AFFA futbolçuların məvacibinə limit qoyur[/b] - FOTO

Yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması AFFA-nın İcraiyyə Komitəsində (İK) müzakirə olunacaq. Apasport.az saytının məlumatına görə, assosiasiyanın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında bu məsələni qabardaraq, baxılması üçün İK-ya müraciət edib.

 

 

Buna əsasən də komitənin martın 6-da keçiriləcək iclasında məvaciblərinə limit məsələsinə baxılacaq. AFFA artıq beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.

 

Mənbə: affa.az