AFFA jurnalistləri başına yığır
16.07.2014 - 10:41
AFFA jurnalistləri başına yığır

AFFA-da 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir iyulun 17-də assosiasiyanın inzibati binasında baş tutacaq.

 

Görüşdə AFFA-nın son dövrlərdə gördüyü işlər barədə məlumat veriləcək.

 

Tədbir saat 12:00-da başlayacaq.