AFFA millimizin ABŞ-la oyununun yayımı üçün qiyməti açıqladı
03.04.2014 - 14:22
AFFA millimizin ABŞ-la oyununun yayımı üçün qiyməti açıqladı

San-Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edir. Apasport.az ölkəmizin ali futbol qurumunun saytına istinadən xəbər verir ki, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək AFFA-ya müraciət edə bilər.

 

Yayım hüququ (texniki xərc daxil deyil) 15 min manat təşkil edir. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.

 

Qeyd edək ki, millimizin ABŞ-la oyunu yerli vaxtla mayın 27-si saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) başlayacaq.