AFFA rəhbərliyi püşkatmada iştirak edəcək
25.07.2015 - 10:01
AFFA rəhbərliyi püşkatmada iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bBu gün Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil ediləcək.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edəcək. Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, milli komandanın baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar püşkatma mərasimində iştirak etməyəcək.
Mənbə: affa.az
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0