Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Fənərbaxça” – “Şturm” matçını (1:1) izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub. Apasport.az saytı qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, o, görüşdən sonra mərhələ adlayan “sarı-lacivərtlilər”lə görüşüb.
Paltardəyişmə otağına daxil olan Ərdoğan “Fənərbaxça”nın məşqçi korpusu və futbolçularını bir-bir təbrik edib. Türkiyə prezidenti daha sonra hakimlər otağına yollanıb. Matçın referisi və onun köməkçiləri ilə əl sıxan Ərdoğan oyunun hakim-inspektoru olan həmyerlimiz, AFFA rəsmisi Asim Xudiyevlə də görüşüb.
Qeyd edək ki, ilk görüşdə 2:1 hesablı qələbəyə sevinən “Fənərbaxça” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı