Ağayevdən ilk
24.08.2015 - 08:00
Ağayevdən ilk

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qolkiper “Karşıyaka”nın “Şanlıurfaspor”la qarşılaşmasında iştirak edib.

 

I liqanın II turunun oyununda 90 dəqiqə meydanda olan Ağayev komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. Bu, qapıçının yeni klubunda ilk quru oyunu olub.

 

Belə ki, qolkiperimiz ilk turda meydanı 2 qol buraxaraq tərk etmişdi.

 

Qeyd edək ki, 2 turdan sonra hesabında 3 xal olan “Karşıyaka” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.