Aleks Ferqyusson “Mançester Yunayted”də nə qədər qazanır?
07.02.2015 - 23:14
Aleks Ferqyusson “Mançester Yunayted”də nə qədər qazanır?

“Mançester Yunayted”in sabiq baş məşqçisi və hazıra klubun səfiri vəzifəsində çalışan  Aleks Ferqyussonun qazandığı məbləğ açıqlanıb. Apasport.az saytının məlumatına görə, 73 yaşlı şotlandiyalı mütəxəssis səkkiz ay ərzində 2 milyon 165 min avro qazanc əldə edib.

 

İngiltərə mətbuatı iddia edir ki, Ferqyusson ildə ən çox 20 gün öz vəzifəsində çalışıb. O, bir günə isə 108 min avro qazanır.

 

Müqayisə üçün qeyd edək ki, ötən yay “Real”dan “Mançester Yunayted”ə keçən argentinalı yarımmüdafiəçi Anxel di Mariya həftədə 280 min avro məvacib alır. Bu, günə isə 40 min avro edir.

 

Xatırladaq ki, Ferqyusson 1986-cı ildən 2013-cü ilə qədər “Mançester Yunayted”ə başçılıq edib. O, bu müddət ərzində 13 dəfə İngiltərə çempionatının qalibi olub.