Amisulaşvili: "İnter"ə qoşulduğum ilk gündən hər şey xoşuma gəldi
19.06.2014 - 17:58
Amisulaşvili: "İnter"ə qoşulduğum ilk gündən hər şey xoşuma gəldi

“Sevinirəm ki, bu komandaya keçdim. “İnter”in sıralarına qoşulduğum ilk gündən hər şey xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in yeni transferi Aleksandr Amisulaşvili deyib.

Bu səhər klub mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlayıb. Avstriyada olan “İnter”in prezidenti Georgi Nikolov futbolçuya yeni komandada uğurlar arzulayıb. Oyunçu isə “İnter”ə keçidi haqqında bunu deyib: “Komandanın çox mehriban kollektivi var. Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək. Yeni komandama uğur qazanmaq üçün öz köməyimi əsirgəməyəcəyəm”.

Qeyd edək ki, Aleksandr Amisulaşvili “İnter”də “5” nömrəli formanı geyinəcək. Əvvəl bu nömrəni makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevski daşıyırdı.

0