Aleksandr Amisulaşvili meydanı erkən tərk etdi, Baçana Sxadadze izlədi
29.03.2015 - 22:24
Aleksandr Amisulaşvili meydanı erkən tərk etdi, Baçana Sxadadze izlədi

Bu gün AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları davam edir. Apasport.az saytının məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərlik etdiyi Gürcüstan millisi doğma publika önündə Almaniya yığması ilə üz-üzə gəlib.

 

Görüş 0:2 hesabı ilə son dünya çempionları Bundestim təmsilçisinin xeyrinə başa çatıb.

 

Matçda Sxadadze Bakı klubunda mübarizə aparan müdafiəçi Aleksandr Amisulaşviliyə şans verib. Lakin arxa xətt oyunçusu zədə üzündən 4-cü dəqiqədə meydandan çıxmaq məcburiyyətndə qalıb. “Bankirlər”in hücumçusu Baçana Sxadadze isə matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Gürcüstan millisi 3 xalla 5-ci pillədə yer alır.