Aleksandr Kerjakov: Kapello Bakıda qışqırırdı
29.04.2014 - 08:59
Aleksandr Kerjakov: Kapello Bakıda qışqırırdı

“Fabio Kapellonun Rusiya millisinin baş məşqçisi olduğu müddətdə futbolçularla daha sərt danışması bir dəfə olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Kerjakov deyib.

 

32 yaşlı hücumçu vətənində verdiyi müsahibədə italiyalı baş məşqçi Fabio Kapellonun yığmadakı fəaliyyətindən də danışıb. Kerjakov mütəxəssisin qəzəblənməsi ilə nəticələnən yeganə oyunun hansı olduğunu da açıqlayıb: “Bu da Azərbaycanla Bakıdakı heç-heçədən sonra baş verdi. Hamımız üçün gözlənilməz oldu. Biz dünya çempionatına çıxmışdıq. Lakin baş məşqçimiz qışqırırdı. Kapello narazılığını italyanca ifadə edirdi. Matçın son dəqiqələrindəki oyunumuz xoşuna gəlməmişdi”.

 

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsinin 2013-cü il oktyabrın 15-də Bakıda keçirilən Azərbaycan – Rusiya oyunu 1:1 hesabı ilə başa çatmışdı.