Alleqri “Yuventus”un baş məşqçisi oldu
16.07.2014 - 19:31
Alleqri “Yuventus”un baş məşqçisi oldu

 

Antonio Kontinin getməsindən sonra baş məşqçisiz qalan “Yuventus” cəmi 1 gün ərzində ona əvəz tapıb. Apasport.az saytının məlumatına görə, komandanın başına “Milan”ın keçmiş baş məşqçisi Massimiliano Alleqri gətirilib.

 

Alleqrinin müqaviləsi 2 il üçün nəzərdə tutulub. Baş məşqçi ildə 2 milyon avro qazanacaq. 46 yaşlı Alleqri 2010-2014-cü illərdə “Milan”n baş məşqçisi olub və bu ilin yanvarında istefaya göndərilib.

 

Antonio Konte “Yuventus”u 3 dəfə dalbadal ölkə çempionu edib. Bu ilin may ayında komanda ilə müqaviləsini uzadan mütəxəssis dünən gözlənilmədən istefaya gedib.