Alman mütəxəssis: “Qarabağ”a uduzsaq da...
03.07.2014 - 16:15
Alman mütəxəssis: “Qarabağ”a uduzsaq da...

“Qarabağ”a yoxlama matçında uduzsaq da, çox yaxşı oyandıq. Xüsusilə, ilk yarıda yetirmələrimdən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Vakker” klubunun baş məşqçisi Mario Demmelbauer deyib.

 

Avstriya toplanışını dəyərləndirən Burqhauzen təmsilçisinin çalışdırıcısı Azərbaycan çempionu “Qarabağ”la keçirilən yoxlama görüşü haqda danışıb: “Hələ bir neçə müdafiəçimizin xidmətindən yararlanmadım. Onların da olmasını nəzərə alsaq, komandamızın yaxşı perspektivi var. Azərbaycan çempionu ilə qarşılaşmada bir neçə dəfə toplamada yaxşı oynadıq. Lakin sürətli əks həmlə təşkil edə bilmədik. Belə şanslarımızdan yararlansaydıq, nəticə fərqli olardı”.

 

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı 3-cü yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlib.