Almaniya Avro-2020-dən imtina ed bilər
08.08.2014 - 05:47
Almaniya Avro-2020-dən imtina ed bilər

 

İngiltərə Avro-2020-nin yarımfinal və final oyunlarını keçirmək uğrunda mübarizədə yeganə rəqibindən xilas ola bilər. Apasport.az saytının məlumatına görə, Almaniya ərizəsini geri götürməyə hazırlaşır.

 

2020-ci ildə keçiriləcək turnir bütün Avropa üzrə 13 ölkədə baş tutmalıdır. Yarımfinal və final oyunlarının keçirilməsi uğrunda mübarizəyə isə ancaq 2 şəhər – London və Münhen qoşulub. İndi isə Almaniya ərizəsini geri götürmək üzərində düşünür. Almanlar bu addımı Avro-2024-cü keçirmək şansını qorumaq üçün atmaq niyyətindədirlər.

 

Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax informasiyanı təsdiq edib: “Amma hələlik qərar qəbul olunmayıb. Bizim İngiltərə Futbol Assosiasiyası ilə gözəl münasibətlərimiz var. Biz onlara necə kömək etmək üzərində düşünürük”.

 

Qeyd edək ki, Nirsbax bundan əvvəl Almaniyanın Avro-2024 uğrunda mübarizədə iştirak edəcəyini təsdiqləyib. Almaniyanın ən ciddi rəqibi Türkiyə olacaq.