“Verder” yarımmüdafiəçisi Zlatko Yunuzoviçlə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Bremen təmsilçisi 27 yaşlı futbolçu ilə 2018-ci ilə qədər yeni “nigah” bağlayıb.
2006-cı ilidən Avstriya millisinin şərəfini qoruyan Yunuzoviç 3 ildi “musiqiçilər”in heyətində çıxış edir. 2012-ci ildə “Austriya”dan “Verder”ə keçən Zlatko Bundesliqada 90 oyunda meydana çıxıb və 10 dəfə rəqib qapıçılarını cəzalandırıb. Yığmada isə o, 32 matdan 4 top vurub.
Yunuzoviç cari mövsümdə isə Almaniya çempionatında 19 qarşılaşmada forma şansı əldə edib və 4 dəfə fərqlənməyə müvəffəq olub.