Almaniya millisinin 7 oyunçusu dünya çempionatının 1/4 final matçı öncəsi xəstələnib. Apasport.az saytının məlumatına görə, bu barədə baş məşqçi Yoahim Löv bildirib.
Löv futbolçuların qripin yüngül formasına yoluxduqlarını qeyd edib: “Onlar otel nömrəsindəki kondisionerlərin həddən artıq güclü işləməsi və çoxsaylı yerdəyişmələr nəticəsində soyuqlayıblar. Ümid edirəm ki, onlar hamısı Fransaya qarşı oyuna qədər bərpa olunacaqlar”.
Qeyd edək ki, Almaniya millisinin bir çox oyunçuları Braziliyada səhhətlərindən şikayət edirlər. Xəstəlik səbəbindən 1/8 final oyununu buraxan Lukas Podolski və Matç Hummels artıq sağalıblar. Bastian Şvaynştayqer, Sami Hedira və Filipp Lam sağalmaq üzrədirlər. Amma Kristof Kramerin vəziyyəti nikbinliyə əsas vermir.