Almanlardan yeni rekord
04.07.2014 - 22:49
Almanlardan yeni rekord

 

Almaniya millisi dördüncü dəfə dalbadal dünya çempionatının yarımfinalına çıxaraq, rekord müəyyən edib. Apasport.az saytının məlumatına görə, almanlar 1/4 finalda Fransa millisinə 1:0 hesabı ilə qalib gəliblər.

 

Almaniya yığması sonuncu dəfə 1998-ci il dünya çempionatında yarımfinala keçə bilməyib. O zaman almanlar Xorvatiya millisinə 3:0 hesabı ilə məğlub olublar.