Alonso millidəki karyerasını bitirir
22.06.2014 - 13:59
“Real Madrid”in yarımmüdafiəçisi Xabi Alonso İspaniya millisindəki karyerasını bitirmək qərarı qəbul edib. Apasport.az saytının məlumatına görə, noyabrda 33 yaşı tamam olacaq futbolçu bu qərarı hələ dünya çempionatından öncə qəbul edib və komandanın uğursuz çıxışı ilə bağlı deyil.
Xabi Alonsu millinin heyətində 2003-cü ildən çıxış edir. O, bu müddət ərzində 113 oyun keçirib və 16 qol vurub. Alonso İspaniya millisi ilə Avropa çempionu (2008, 2012), dünya çempionu (2010) olub və Konfederasiya Kubokunun (2009) gümüş medalını qazanıb.
0
0