Avropa Liqasının II təsnifat mərhələsinin sabah baş tutacaq cavab oyunu “Qəbələ”nin 6 futbolçusu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, onlardan ikisi avrokuboklarda, ikisi Avropa Liqasında, ikisi isə hər iki göstəricidə yubiley matçına çıxacaq.
Belə ki, “Çukariçki” ilə Bakıdakı görüşdə Rikardinyo 30-cu, Arif Daşdəmirov 20-ci, Dodo 10-cu, Ürfan Abbasov 5-ci avrokubok matçında iştirak edəcək. Rikardinyo və Ürfan həm də Avropa Liqasında yubiley görüşü keçirəcək. Braziliyalı 10-cu, Abbasov 5-ci belə matçında forma geyinəcək. Asif Məmmədovla Aleksey Qay isə Avropa Liqasında 15-ci qarşılaşmasının iştirakçısı olacaq.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ