Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Bakıda keçiriləcək qarşılaşması “Qəbələ”nin 6 futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, zədədən sonra məşqlərə yeni başlayan Georgi Floresku meydana çıxsa, avrokuboklarda 25-ci matçda iştirak edəcək.
Yunanıstan təmsilçisi ilə qarşılaşma 4 oyunçunun Avropa Liqasında yubileyi kimi tarixə düşməyə yaxındı. Rəşad Sadiqov 30-cu, Dmitri Bezotosnı və Asif Məmmədov 15-ci, Dodo 10-cu dəfə bu turnirdə oynamış olacaq. Samir Zərgərov həm avrokuboklar, həm Avtopa Liqasında 5-ə çatacaq.
Qeyd edək ki, “Qəbələ” – “Panatinaikos” oyunu avqustun 20-də baş tutacaq.