Alvaro Silvanın yarımfinal tviti
30.04.2014 - 09:42
Alvaro Silvanın yarımfinal tviti

“İdmanda da həyatdakı kimidir”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silvaya məxsusdur.

 

İspaniyalı müdafiəçi “Real”ın Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə Almaniyadakı oyunundan məmnun qalıb.

 

Alvaro həmyerlilərinin 4:0 hesablı qələbə ilə final çıxdığı görüşdə dubla imza atan Serxio Ramosun rəqib qapıçını cəzalandırdığını düşünür: “Başqasına gülmə olmaz. Manuel Noyer də bunu yaşadı. Serxio Ramos almaniyalını cəzalandırdı və “Real” səfərdə qalib gəldi”.

 

Qeyd edək ki, səfərdə 4:0 hesabı ilə qalib gələn “Real” evdəki ilk matçda minimal hesablı qələbəyə sevinmişdi – 1:0.