Alves: “Barselona”da xoşbəxtəm
16.07.2014 - 02:48
“Barselona”nın müdafiəçisi Dani Alves Kataloniya klubunda qalmaq istədiyini bəyan edib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu ötən mövsüm İspaniya çempionatında keçirdiyi 27 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Alves imzaladığı müqaviləni axıra kimi “Barselona”da oynamaq istədiyini vurğulayıb: “Mən “Barselona”da xoşbəxtəm. Sonuncu mövsüm o qədər də yaxşı alınmadı. Amma mən qayıtmaq istəyirəm. Suaresin alınmasına gəldikdə… Bu, “Barselona” üçün böyük uğurdur”.
0
0